Polis Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitə müsadirə edib, iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən müvafiq dövrlərdə iki nəfər döyüş sursatının və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına şərait yaradılması, həmçinin tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz bəcərilməsi ittihamı ilə saxlanılıb.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində, o cümlədən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış mənzillərində aparılan axtarışlar zamanı xüsusilə külli miqdarda narkotik vasitələr: “Alfa-PVP”, “çətənə bitkisi” və “qurudulmuş marixuana”nı müsadirə ediblər. Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah üçün nəzərdə tutulmuş patronlar da götürülüb.
Polis həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə edib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta, 265-ci Prima və 236-cı maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.