Polis Rustavidə üç nəfərin yaralanması faktını açdı, bir nəfəri həbs edilib
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində 2004-cü il təvəllüdlü L.V.-nı qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə həbs etdilər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
“İstintaq müəyyən etdiki, təqsirləndirilən şəxs Rustavi şəhərində mübahisə zəminində üç nəfəri – 1992-ci il təvəllüdlü G.A-nı, 1988-ci il təvəllüdlü L.S.-nı və 1994-cü il təvəllüdlü L.X.-nı bıçaqla yaralayıb, daha sonra hadisə yerindən gizlənib. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən L.V. isti izlə həbs olundu.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 7-ci hissəsi ilə üç nəfərə qəsdən sağlamlığa ağır zərər vurma faktı ilə bağlı aparılır.
Cinayət 9 ildən 13 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – Daxili İşlər Nazirliyininin məlumatında qeyd olunur.