Polis Rustavidə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb
Polis Rustavidə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb

Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları dələduzluq ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Rustavidə külli miqdarda maddi gəlir əldə etmək məqsədilə sürətli ödəniş aparatlarına pul əvəzinə saxta əskinaslar yerləşdirib və nəticədə şirkətə 7 000 laridən artıq maddi ziyan vurulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətləri, o cümlədən saxlanılan şəxsin üzərində aparılan şəxsi axtarış nəticəsində saxta əskinasları maddi sübut kimi götürüblər.

Araşdırma Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.