Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş İ.T-nı ailə üzvü qəsdən öldürmə ittihamı ilə yaxaladılar.
DİN-in məlumatına görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı 1984-cü il təvəllüdlü Ozurqetidə anadan olmuş Ş-Z-ya kəsici-deşici alətlə xəsarət yetirib, nəticədə qadın yerindəcə keçinib. İ.T. şübhəli şəxs qismində polis tərəfindən yaxalanıb. Cinayət silahı maddi dəlil kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndinə əsasən aparılır ki, bu da ailə üzvünü qəsdən öldürməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.