Polis Tbilisidə, Rustaveli prospektində, Parlament önündəki çadırları yığışdırdı.
Hadisə yerindən Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, polis aksiya iştirakçılarından çadırların yığışdırılmasını və yolun açılmasını tələb etdi. Hüquqmühafizəçilərin tələbinin yerinə yetirilməməsindən sonra, polis işçiləri çadırları yığışdırdılar və apardılar.
Hazırda ərazinin təmizlənməsi işləri aparılır.
“Bəyaz səs-küy hərəkatının” nümayəndələrinin bir hissəsi gecə çadırda qaldı. Təşkilatçıların məlumatına görə, etiraz aksiyası bu gün, saat 15:00-da yenilənəcək.
Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Onlar gecə klublarında keçirilən xüsusi əməliyyatlara etiraz edirlər və baş nazirdən açıqlama gözləyirlər.