Polis Ozurgetidə qadına hücum edən soyğunçuyu həbs etdi
Polis Ozurgetidə qadına hücum edən soyğunçuyu həbs etdi

Daxili İşlər Nazirliyinin məlumatına görə, Quriya Polis Departamentinin Ozurgeti rayon idarəsinin əməkdaşları operativ axtarış nəticəsində, 1972-ci il təvəllüdlü M.L.-yı həbs etdilər.

Həbs edilən şəxs, iyulun 24-də, Ozurgetidə, Cavaxişvili küçəsinin yanında qadına hücum edərək, soyuq silahla yaralayıb, çantasını almaqla ittiham olunur.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirildi və hazırda vəziyyəti stabildir.

Soyğunçuyu isə, polislər bir neçə saata yaxaladılar.

Soyğun əşyaları isə, fakt olaraq, şəxsin evindən tapıldı.