Polis narkocinayətə görə 3 nəfəri, o cümlədən 2 narkotik maddə satıcısını saxlayıb

 
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Müstəntiqlər və Bölgə Müfəttişləri Bölməsinin əməkdaşları həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində narkocinayətə görə 3 nəfəri saxlayıblar.

DİN-dən verilən məlumata görə, 1978-ci il təvəllüdlü Q.Ch. külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə əldə edib -saxlamaqda, 1973-cü il təvəllüdlü A.Ğ. və 1986-cı il təvəllüdlü A.Q. isə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi-satışına görə ittiham olunurlar.

“Polis hakimin hökmü əsasında narkotik maddə satıcılarını müəyyən etmək üçün bir neçə mərhələ şəklində kompleks əməliyyat-istintaq tədbirləri və gizli audio-video çəkiliş aparıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən hər üç şəxsin üzərində aparılan axtarış zamanı dəlil olaraq xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər.

Cinayətlər səkkiz ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi, eyni maddənin altıncı və yeddinci hissələrinin “a” bəndləri ilə istintaq aparılır, bu külli miqdarda narkotik vasitələrin dəfələrcə qanunsuz şəkildə əldə edilməsi-saxlanılması və satışını nəzərdə tutur”-deyə məlumatda qeyd olunub.