Polis mütəşəkkil narkotik cinayətkar qrupunu ifşa edib, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb, altı nəfər saxlanılıb
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları mütəşəkkil qrup tərəfindən xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, realizasiyasına yardım göstərilməsi, həmçinin tərkibində narkotik maddə olan bitkinin qanunsuz becərilməsi ittihamı ilə xarici ölkənin altı vətəndaşını saxlayıblar.
Hüquq-mühafizə orqanlarının intensiv rejimdə apardığı istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, narkotik cinayətkar qrupunun üzvləri Tbilisinin müxtəlif rayonlarında kirayələdikləri mənzillərdə xüsusi istixanalar quraraq, sonradan satış məqsədilə xüsusilə külli miqdarda “kannabis” narkotik vasitəsini qanunsuz şəkildə yetişdirib becəriblər.
Polis tərəfindən təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən “kokain”, “tetrahidrokannabinol”, “kannabis” bitkisi və qurudulmuş “marixuana” götürülüb.
İstintaq tədbirləri nəticəsində həmçinin narkotik vasitələrin qablaşdırılması və becərilməsi üçün lazım olan materiallar da müsadirə edilib.
Araşdırma Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta və 265-ci prima maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.