Polis mütəşəkkil dəstə tərəfindən törədilən oğurluğa görə iki nəfəri saxlayıb
Polis mütəşəkkil dəstə tərəfindən törədilən oğurluğa görə iki nəfəri saxlayıb

 
Polis mütəşəkkil dəstə tərəfindən törədilən oğurluğa görə iki nəfəri saxlayıb-deyə Daxili İşlər Nazirliyi məlumat yayır.

“Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində əvvəllər məhkumluq həyatı yaşamış şəxslər: 1969-cu il təvəllüdlü D.Q. və 1971-ci il təvəllüdlü İ.P -ni Kazbeqi munisipalitetində mütəşəkkil dəstə tərəfindən çoxsaylı oğurluqda ittiham edərək saxlayıblar.

Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq, müqəssirlərin dırnaq arası skaner vasitəsilə xarici ölkə vətəndaşlarına məxsus avtomobilləri açaraq, oradan şəxsi əşyaları və pulları oğurladıqlarını müəyyən edib.

Keçirilən istintaq tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsləri saxlayıb. Oğurlanmış əşyalar və pul maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 1-ci hissəsinin “B” yarımbəndi və 3-cü hissəsinin “A” bəndi ilə aparılır” – deyə Daxili İşlər Nazirliyindən bildiriblər.