Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən adam öldürmə və odlu silahın qanunsuz şəkildə əldə edilməsi-saxlanılması- gəzdirilməsi ittihamı ilə, keçmişdə müxtəlif cinayətlərə görə mühakimə olunmuş 2000-ci il təvəllüdlü P.D.-ni saxlayıblar. DİN-dən verilən məlumatda cinayətin 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“İstintaq nəticəsində təqsirləndirilən şəxsin cari ilin iyulun 3-də Marneuli şəhərində 1976-cı il təvəllüdlü V.O.-ya bir neçə dəfə odlu silahdan atəş açdığı müəyyən edilib.
Yetirilən xəsarətlər nəticəsində V.O. tibb müəssisəsində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində hadisənin ertəsi günü cinayəti törətməkdə şübhəli bilinən mümkün şəxsi saxlayıblar.
Cinayətin törədildiyi silah maddi sübut olaraq götürülüb”- deyə Daxili İşlər Nazirliyindən bildirilib.
İdarədən verilən məlumatda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və odlu silahın qanunsuz şəkildə əldə edilməsi-saxlanılması- gəzdirilməsini nəzərdə tutan 108 və 236-cı maddələri ilə istintaq aparılır.