Polis Marneulidə qəsdən adam öldürmə faktını isti izlərlə açıb, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları isti izlərlə həyata keçirdikləri operativ -axtarış və istintaq tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü A.M.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 7 ildən 15 ilə qədər azadlıqdan məhrumedilməni nəzərdə tutur.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Marneuli şəhərində mübahisə zəminində 1992-ci il təvəllüdlü A.İ-yə qarşı soyuq silahdan istifadə edərək ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib. Polis A.M-ni isti izlərlə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi silahı – bıçağı dəlil olaraq götürüblər.
Qəsdən adam öldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır” – deyə məlumatda deyilir.