Polis Marneulidə baş verən qətl faktı üzrə bir nəfəri isti izlə yaxaladı
Mqarneulidə qətl baş verdi. 23 yaşlı kişini qonşusu boğaz nahiyyəsinə ölümcül xəsarət yetirdi.
Qonşuların məlumatına görə, güman edilən cinayətkar və qətlə yetirilən gənc kişi qohum və qonşu idilər. Elə onların məlumatına görə, qətl axşamı onlar birlikdə ad günündə idilər, cinayətkar isə, sərxoş idi.
Daxili İşlər Nazirliyinin Kvemo kartli Polis Departamentininəməkdaşları, həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 1990-cı il təvəllüdlü, keçmişdə mühakimə olunmuş A.M.-nı qətl ittihamı ilə yaxaladılar.
İstintaqla müəyyən olundu ki, spirtli içki təsiri altında olan müttəhim Marneuli şəhərində, ağızlaşma zəmnində, qonşuluqda yaşayan yaxını – 1998-ci il təvəllüdlü R.Q.-nın bədəninə soyuq silahdan istifadə edərək xəsarətlər yetirdi və hadisə yerindən qaçıb gizləndi. Yaralanan kişi yerindəcə vəfat etdi.