Polis Marneuli munisipalitetində bir nəfəri qəsdən adam öldürməyə görə yaxaladı
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində, 1985-ci il təvəllüdlü R.B.-nı qəsdən adam öldürmə ittihamı ilə həbs etdilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs Marneuli munisipalitetinin Qızılaclo kəndində keçmiş münaqişə zəminində baş verən mübahisə nəticəsində 1991-ci il təvəllüdlü İ.A-nın bədəninə bıçaqla xəsarət yetirib və oradan gizləndi. Yaralı xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdi.
Polis məliyyat-axtarış tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.B.-nı, müttəhim şəklində isti izlə yaxaladı.
Hüquqmühafizəçilər cinayət silahını – bıçağı dəlil kimi götürdülər.
Qəsdən adam öldürmə faktı ilə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır”, – DİN-də bəyan edirlər.