Polis Kutaisi meriyasının binasından oğurlanmış əşyaları tapıb və oğurluq faktı üzrə bir nəfəri saxlayıb
Polis Kutaisi meriyasının binasından oğurlanmış əşyaları tapıb və oğurluq faktı üzrə bir nəfəri saxlayıb

 

Polis Kutaisi meriyasının binasından oğurlanmış əşyaları tapıb. Əvvəllər oğurluğa görə mühakimə olunmuş orta yaşlı kişi saxlanılıb.

“Mtavari Arxi” və “TV Pirveli”yə məxsus avadanlıqlar yaxın günlərdə təhvil veriləcək.

Bu gün səhər saatlarında Kutaisi meriyasının binasında jurnalistlər üçün nəzərdə tutulan məkandan oğurluq edilib. Mövcud məlumata görə, “Mtavari Arxi”yə məxsus noutbuk və “TV Pirveli”nin kamerası oğurlanıb.