Polis Kaspidə müəssisələrin birinə hücum edib, iki nəfəri girov tutan cinayətkarı həbs etdi
Polis Kaspidə müəssisələrin birinə hücum edib, iki nəfəri girov tutan cinayətkarı həbs etdi

Daxili İşlər Nazirliyi Kaspidə, müəssisələrin birinə hücum edib, iki nəfəri girov tutan cinayətkarı – 1993-cü il təvəllüdlü Q.M.-yı həbs etdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkar müəssəsilərdən birinin ərazisinə daxil oldu və ov tüfəngi ilə hədələyərək, iki nəfəri girov tutdu.

Hücum haqqında məlumat daxil olan kimi, hadisə yerinə hüquqmühafizəçilər və Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze getdilər.

Hüquqmühafizəçilərlə cinayətkar arasında bir neçə saatlıq danışıqlardan sonra, girovlar azad edildilər və cinayətkar həbs edildi.

Fakta bağlı istintaq Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə aparılır.