Polis Kaspi Munisipalitetində yetkinlik yaşına çatmayan şəxslər arasında baş verən zorakılıq hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Şöbəsinin Kaspi Rayon İdarəsinin əməkdaşları keçirdikləri istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü R.İ.-ni zorakılıq ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumatda istintaqla cari ilin iyunun 26-da Kaspi Munisipalitetinin Ferma kəndində yetkinlik yaşına çatmayan iki nəfər arasında fiziki qarşıdurma baş verdiyinin müəyyən edildiyi deyilir.
“Yuxarıda qeyd olunanlar yetkinlik yaşına çatmayanlardan birinin atası R.İ.-yə məlum olub və o, övladını qarşıdurmada iştirak edən yeniyetməyə qarşı fiziki tədbir görməyə çağırıb. Bundan sonra yetkinlik yaşına çatmayan şəxslər yenidən qarşıdurma yaşayıblar. Qarşıdurma nəticəsində onların hər ikisi səthi xəsarətlər alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində R.İ. təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə aparılır”- deyə qurumun məlumatında deyilir.