Daxili İşlər Nazirliyinin Kaxeti rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü B.M.-ni qəsdən adam öldürmə təqsiri ilə həbs ediblər. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“İstintaqda müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco bələdiyyəsində maliyyə mövzusu zəminində yaranmış mübahisə zəminində 1994-cü il təvəllüdlü C.M.-yə soyuq silahla xəsarət yetirib.
Həyata keçirilmiş istintaq fəaliyyətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə həbs ediblər. Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev