Polis hədə-qorxu ilə tələb etmə faktı üzrə bir nəfəri saxlayıb
Polis hədə-qorxu ilə tələb etmə faktı üzrə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q. külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməyi nəzərdə tutur.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdə yaşayan kriminal avtoritet adından istifadə edərək müxtəlif vaxtlarda vətəndaşlarla əlaqə saxlayıb və onlardan külli miqdarda əmlak əldə etmək məqsədi ilə 100 min ABŞ dolları istəyib, onları öldürməklə və əmlaklarını məhv etməklə təhdid edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən T.Q. hakimin hökmü əsasında həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama nəticəsində, onun pul tələb etmək üçün vətəndaşlarla əlaqə saxladığı mobil telefon və SİM kartlar maddi sübut kimi götürüb.

Külli miqdarda əmlakı əldə etmək məqsədilə törədilmiş hədə-qorxu ilə tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.