Polis Günü [Şəkil]
Polis Günü [Şəkil]

 

Gürcüstanın Daxili İşlər Nazirliyi mayın 31-də Polis Gününü qeyd edir.

Polis Gününün təntənəli tədbirinin açılışını daxili işlər naziri Vaxtanq Qomelauri edib.

Tədbirdə Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, Gürcüstan hökumətinin və parlamentinin üzvləri həmçinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində nazirliyin müxtəlif struktur bölmələri öz şəxsi heyətini təqdim ediblər, daha sonra isə Vaxtanq Qomelauri, həmçinin prezident Salome Zurabişvili və baş nazir İrakli Ğaribaşvili qonaqlar qarşısında çıxış edərək polisləri peşə günü münasibətilə təbrik ediblər.