Polis qəsdən adam öldürmə faktı üzrə Tbilisidə iki nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş iki nəfər, qardaşlar: 1987-ci il təvəllüdlü E.B. və 1985-ci il təvəllüdlü K.Q. saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumdan verilmiş məlumatda, onların qrup halında törədilən qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-gəzdirmə faktları üzrə ittiham olunduqları deyilir. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin fevralın 11-də Tbilisidə, tanışları – 1977-ci il təvəllüdlü F.K.-yə qarşı aralarında yaranmış fikir ayrılığı zəminində öz evinin yaxınlığında əvvəlcə fiziki zorakılıq törədiblər, sonra isə ov tüfəngindən atəş açaraq qətlə yetiriblər və hadisə yerindən qaçaraq gizləniblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslər “isti izlər”lə saxlanılıblar. Polis cinayətin silahını – iki yerə kəsilmiş ov tüfəngini sübut olaraq götürüb.

Ağırlaşdırıcı hallarda, qrup tərəfindən törədilən qəsdən adam öldürmə və qrup şəklində, qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-gəzdirmə faktları üzrə Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” yarım bəndi və 236-cı maddəsinin 6-cı hissəsinin “a” yarımbəndi ilə istintaq aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.