Polis qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Polis qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları “isti iz”lə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1984-cü il təvəllüdlü S.Q.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla cari ilin iyunun 12-də təqsirləndirilən şəxsin Tbilisidə Lilo qəsəbəsində qonşusu 1974-cü il təvəllüdlü A.Ğ.-ni ov tüfəngindən açdığı atəşlə ölümcül yaraladığı müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən az sonra təqsirləndirilən şəxsi saxlayıblar.

Cinayətin törədildiyi alət – ov tüfəngi sübut olaraq götürülüb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur” -deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.