Polis qəsdən adam öldürmə faktı ilə əlaqədar Marneulidə bir nəfəri saxlayıb
Polis qəsdən adam öldürmə faktı ilə əlaqədar Marneulidə bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1973-cü il təvəllüdlü A.İ.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaq nəticəsində, müqəssirin cari ilin iyulun 14-də Marneuli Munisipalitetinin Meore Kesalo kəndində, torpaq sahəsinin mülkiyyət hüququ ilə bağlı mövcud münaqişə zəminində, həmkəndlisi – 1958-ci il təvəllüdlü T.E. -yə ov tüfəngindən açılan atəşlə xəsarət yetirdiyi və hadisə yerindən qaçdığı müəyyən edilib. Yaralı kişi daha sonra tibb müəssisəsində dünyasını dəyişib.

Qəsdən adam öldürmə faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır” -deyə məlumatda qeyd edilir.