Polis qanunsuz odlu silah və sursat ələ keçirib- beş nəfər saxlanılıb
Polis qanunsuz odlu silah və sursat ələ keçirib- beş nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin, Mərkəzi Kriminal Polis Şöbəsinin və Sameqrelo-Zemo Svaneti Polis Şöbəsinin Senaki rayon idarəçiliyinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 5 nəfəri saxlayıblar. Bu barədə məlumatı DİN yayır.

İdarədən verilən məlumata görə, qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi, saxlanması və gəzdirilməsi ittihamı ilə-keçmişdə oxşar cinayət törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü U.Q., keçmişdə oxşar cinayət törətməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü İ.K., keçmişdə müxtəlif cinayətlərə görə mühakimə olunmuş 1980-ci il təvəllüdlü L.Ğ., 1982-ci il təvəllüdlü M.Ğ. və 1994-cü il təvəllüdlü D.M. saxlanılıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən U.Q.-nin üzərində axtarış zamanı sübut qismində pistolet, M.Ğ.-nin yaşadığı evdən isə avtomat silah, 2 ədəd patron darağı və 10 ədəd patron götürüblər. L.Ğ.-yə gəlincə, onun mənzilinə baxış zamanı polis 1 ədəd pistolet və 17 ədəd patron götürüb. D.M.-nin üzərində axtarış zamanı ondan 1 ədəd pistolet və 5 ədəd patron götürülüb. İ.K.-nin göstərdiyi yerdən polis bir ədəd pistolet, bir ədəd patron darağı və 2 patron götürüb.

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Cinayətlər 3 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.