Polis fövqəladə vəziyyət rejiminin pozulmasına dair 93 yeni fakt müəyyən edib
Polis fövqəladə vəziyyət rejiminin pozulmasına dair 93 yeni fakt müəyyən edib

 

DİN-dən verilən məlumata əsasən,son 24 saat ərzində ,hüquq-mühafizəçilər tərəfindən həyata keçirilmiş monitorinq nəticəsində , bütün ölkə miqyasında,  fövqəladə vəziyyət  rejimi  və komendant saatının məhdudiyyətlərinin pozulmasına  dair 93  yeni fakt müəyyən edilib.

″Polis, mayın 15-i  saat 21:00 –dan mayın 16-sı saat 06:00 –dək,  komendant saatının pozulması faktı  ilə əlaqədar , bütün  ölkə miqyasında  84  vətəndaşı cərimələyib. Sərnişinlərin daşınması  və avtomobillə  hərəkət qaydasının  pozulması faktına görə daha  8  nəfər cərimələnib.

Polis ,özünütəcrid qaydasının pozulmasına dair bir yeni fakt  müəyyən edib.

DİN-yi yenidən vətəndaşlara müraciət  edərək,onları fövqəladə vəziyyət rejimi çərçivəsində təyin olunmuş məhdudiyyətlərə əməl etməyə çağırıb,əksi təqdirdə qanunla nəzərdə tutulmuş ,müvafiq ölçülərə baş vurulacaq.

Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur ki, bu da fiziki şəxsin 3000 lari,hüquqi şəxsin isə 15000 lari miqdarında  cərimələnməsini nəzərdə tutur″-deyə DİN-dən verilən məlumatda qeyd olunur.

 

Hazırladı-Sevinc Mustafayeva