Polis Dmanisidə zorakılıq ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Dmanisi Rayon Şöbəsinin əməkdaşları zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin sentyabrın 20-də Dmanisi bələdiyyəsində, Pantiani gölü yaxınlığındakı ərazidə rəfiqəsinə fiziki zorakılıq tətbiq edib və hadisə yerindən qaçaraq gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsin kimliyi qısa müddətdə müəyyən edilib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.
Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır.