Polis Dmanisi Munisipalitetində qətl faktı üzrə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2008-ci il təvəllüdlü Q.N.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
“İstintaq nəticəsində cari ilin noyabrın 15-də Dmanisi Munisipalitetində təqsirləndirilən şəxsin qarşılıqlı münaqişə zəminində 2005-ci il təvəllüdlü E.Q.-nin ürək-döş nahiyəsinə soyuq silahdan istifadə etməklə ölümcül xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib. “İsti izlər”lə aparılmış istintaq-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Q.N.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar”- deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.