Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1989-cu il təvəllüdlü D.A.-nı qəsdən adam öldürmə ittihamı ilə Tbilisidə saxlayıblar.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaqla cari ilin dekabrın 22-də, Tbilisi şəhərində təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zəminində tanışı – 1991-ci il təvəllüdlü Q.Ts.-yə soyuq silahla çoxsaylı xəsarətlər yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib. Aldığı xəsarətlər nəticəsində Q.Ts. hadisə yerindəcə dünyasını dəyişib.
Polis həyata keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən D.A.-nı hadisədən bir neçə saat sonra saxlayıb. Cinayət silahı maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır və bu qəsdən adam öldürməni nəzərdə tutur” -deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.