Polis bir nəfəri azyaşlıya qarşı seksual xarakterli cinayətlər törətməkdə ittiham edərək həbs edib
Həyata keçirilən əməliyyat və istintaq fəaliyyətləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü B.İ.-ni hazırkı məlumata əsasən yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli hərəkətlərdə ittiham edərək həbs edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 11 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onların verdiyi məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs hazırkı məlumata əsasən, azyaşlı qızı küçədə təqib edərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
İş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.
Hazırkı məlumata əsasən azyaşlılara qarşı cinsi davranışlar faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 3-cü hissəsinin “A” yarımbəndi ilə araşdırılır.
Müəllif -
Mehemmed Bayramaliyev