Polis başqasının əmlakına ziyan vurmaq ittihamı ilə bir nəfəri yaxaladı
Polis başqasının əmlakına ziyan vurmaq ittihamı ilə bir nəfəri yaxaladı

Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü T.X.-nı başqasının əmlakına ziyan vurmaqda ittiham edərək həbs etdilər. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, istintaq müəyyən edib ki, bu il iyulun 23-də sərxoş vəziyyətdə T.X. 1983-cü il təvəllüdlü K.A-ya məxsus avtomobilə ziyan vurdu.

“Hüquqmühafizəçilərin həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra həbs edildi. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır. Cinayət üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.