Polis aksiya iştirakçılarına Hökumət Dəftərxanasının girişini boşaltmaq üçün ağlabatan müddət verib
Polis aksiya iştirakçılarına Hökumət Dəftərxanasının girişini boşaltmaq üçün ağlabatan müddət verib

 
Hüquq-mühafizə orqanlarının əməkdaşları Hökumət Administrasiyasının yanına toplaşan aksiya iştirakçılarına Dəftərxananın girişini boşaltmaq üçün ağlabatan müddət veriblər.

Xatırladaq ki, dünən parlamentin önündə “Evə -Avropaya doğru” hərəkatının təşkilatçılığı ilə aksiya keçirilib. Daha sonra aksiya iştirakçıları parlament binasından Hökumət Administrasiyasına keçərək, gecə boyu orada qalıblar.

Aksiyanın təşkilatçılarından olan, “Evə -Avropaya doğru” hərəkatının nümayəndəsi Şota Diğmelaşvilinin də açıqladığı kimi, bu gün səhər hökumət iclasının keçirilməli olmasından irəli gələrək, məhz hökumətə diskomfort yaratmaq üçün Hökumət Administrasiyasının yanına gəliblər.