Polis Acarada qətl faktı üzrə bir nəfəri yaxaladı
Polis Acarada qətl faktı üzrə bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü A.Q.-nı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah almaq-saxlamaq-gəzdirmək ittihamı ilə həbs ediblər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, istintaqla müəyyən edildi ki, ittiham olunan, cari ilin 16 iyulunda, Kobuleti munisipalitetində, ov tüfəngi ilə atəşlə 1986-cı il təvəllüdlü Q.K.-nə ölümcül yaraladı.

“Polis ittiham olunanı baş verənlərdən bir neçə saata yaxaladı.

Hüquqmühafizəçilər cinayətin törədilməsi silahını – ov tüfəngini dəlil olaraqgötürdülər.

Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah almaq-saxlamaq-gəzdirmək faktı üzrə istintaq GCM-nin 108 və 236-cı maddələri ilə aparılır.

Cinayət 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.