Polis 51 saylı məktəbin ərazisindəki kameraların görüntülərini yoxlayır
“Polis 51 saylı məktəb ərazisindən çıxardılan kamera görüntülərini yoxlayır” – bu barədə bəyanatı Daxili İşlər Nazirliyi yayır.
Xatırladaq ki, bugün saat 14:10-da Tbilisidə, Xorava küçəsində, yeniyetmələr arasında baş verən münaqişə nəticəsində, iki yeniyetmə yaralandı. Onlardan biri xəstəxanaya çatmamış həyatını itirdi, digəri isə, ağır vəziyyətdə xəstəxanadadır.
Baş verən hadisə ilə bağlı istintaq aparılır. Hazırda polis, 51 nömrəli məktəb ərazisindəki kamera görüntülərini öyrənir.