Police Tbilisidə, Pekini küçəsində, az yaşlı uşağı yaralamaqda ittiham edilən qadını həbs etdi.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1968-ci ili təvəllüdlü T.S.-nın törətdiyi cinayət 7-dən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.
“İstintaq nəticəsində məlum oldu ki, həbs olunan qadın, cari ilin avqustun 27-də, Tbilisidə, Pekini küçəsində, valideynləri ilə yolda gedərkən, 2015-ci il doğumlu uşağa bıçaq zərbələri yetirdi və hadisə yedirdən qaçdı” – deyilir DİN-in bəyanatında.
Yaralanan uşaq xəstəxanadadır və vəziyyəti stabildir.