Piter Stano - Gürcüstan hakimiyyəti Mixeil Saakaşvilinin səhhətinə cavabdehdir, onun müvafiq tibbi yardım almasını təmin etmək öhdəliyi var
Piter Stano - Gürcüstan hakimiyyəti Mixeil Saakaşvilinin səhhətinə cavabdehdir, onun müvafiq tibbi yardım almasını təmin etmək öhdəliyi var

 
Avropa İttifaqı Mixeil Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı son narahatedici xəbərləri diqqətlə izləyir -bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin sözçüsü Piter Stano “Twitter” sosial şəbəkəsində yazır.

O, Gürcüstan hakimiyyətinin Saakaşvilinin səhhətinə görə məsuliyyət daşıdığını bildirib.

“Gürcüstan hakimiyyəti onun səhhəti və rifahı üçün məsuliyyət daşıyır və onun lazımi tibbi yardım alması üçün bütün tədbirləri görməyə borcludur” – deyə Piter Stano yazır.