Piter Siyarto - Biz elə bir dövrdəyik ki, Macarıstan və Gürcüstan öz suverenliyini qorumaq üçün daim mübarizə aparmalıdır, bir şey aydındır, biz bir-birimizə arxalana bilərik
Macarıstanın xarici işlər naziri Piter Siyarto sosial şəbəkədə gürcü həmkarı Maka Boçorişvilinin Macarıstana səfərinə münasibət bildirib.
“Gürcüstanın yeni xarici işlər nazirinin Macarıstana ilk rəsmi səfəri. Biz indi elə bir dövrdəyik ki, ölkələrimiz misli görünməmiş təhlükəsizlik çağırışları qarşısında öz suverenliyini qorumaq üçün daim mübarizə aparmalıdır. Bir şey aydındır: biz bir-birimizə arxalana bilərik”. – Siyarto yazır.