Piter Siiarto - Gürcüstan sülh və sabitliyə əsaslanan qonşuluq siyasətini dəstəkləyən olduqca mühüm tərəfdaşımızdır
Piter Siiarto - Gürcüstan sülh və sabitliyə əsaslanan qonşuluq siyasətini dəstəkləyən olduqca mühüm tərəfdaşımızdır

 
Gürcüstan bizim olduqca mühüm tərəfdaşımızdır-bu haqda Macarıstanın xarici işlər naziri Piter Siiarto Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüşdən sonra açıqlayıb.

Macarıstanın Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, o, iki ölkə arasında strateji tərəfdaşlığın davam edəcəyinə inanır.

“İnanıram ki, siz və yeni baş nazir iki ölkə arasında strateji tərəfdaşlığın davam edəcəyinə zəmanət olacaqsınız. Bu, bizim üçün olduqca vacibdir, çünki Gürcüstan bizim çox vacib tərəfdaşımızdır. Birincisi, Gürcüstan sülh və sabitliyə əsaslanan qonşuluq siyasətini başa düşür və dəstəkləyir. İkincisi, Gürcüstan Avropanın enerji diversifikasiyasında mühüm aktordur. Üçüncüsü, bu ölkə Avropa İttifaqına inteqrasiya ideyasına olduqca sadiqdir” – Siiarto açıqlayıb.

Budapeştdə keçirilən görüşdə İlia Darçiaşvili və Piter Siiarto Macarıstanın Avropa İttifaqı Şurasına gələcək sədrliyinin prioritetlərini müzakirə ediblər.