“Pfizer” şirkətinin icraçı direktoru “Omicron”-a qarşı peyvəndin mart ayında hazır olacağını bildirib
“Pfizer” şirkətinin icraçı direktoru, Albert Burlanın sözlərinə görə, koronavirusun “Omicron” ştammına qarşı peyvənd martda hazır olacaq. Bu barədə məlumatı CNBC teleşirkəti yayır.
“Bu peyvənd martda hazır olacaq. Biz dozaların istehsalına başlayırıq”-deyə Burla teleşirkətə müsahibəsində bildirib.
“Pfizer” nümayəndəsinin sözlərinə görə, bu peyvənd hazırda sirkulyasiya edən digər variantlara da həmçinin yönləndirilmiş olacaq.