"Pfizer" peyvəndinin üçüncü dozasının təsdiqlənməsi ilə bağlı Avropa Dərman Agentliyi oktyabrın 4-də qərar verəcək
“Pfizer” peyvəndinin üçüncü dozasının təsdiqlənməsi ilə bağlı Avropa Dərman Agentliyi oktyabrın 4-də qərar verəcək.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Avropa Birliyinin Dərman Tənzimləyici qurumu, oktyabrın 4 -də “Pfizer” peyvəndinin əlavə dozasının qəbul edilmə ehtimalını təsdiq edib -etməyəcəyinə qərar verəcək, lakin eyni zamanda bunun müəyyən yaş qruplarına konkret istinad olması ehtimalı azdır.
Avropa Dərman Agentliyinin, “Pfizer” peyvəndinin üçüncü dozasının təsdiqlənməsi ilə bağlı qərarı dəstəklədiyi təqdirdə, AB artıq bu qərarı verən ABŞ, Britaniya və İsrailə qoşulacaq.