Peyvənd üçün 200 larilik əlavənin verilməsi yanvar ayında da davam edəcək və yaş həddi 60-dan 50-yə endiriləcək
Peyvənd üçün 200 larilik əlavənin verilməsi yanvar ayında da davam edəcək və yaş həddi 60-dan 50-yə endiriləcək”, – deyə İdarələrarası Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Qiorqi Ğibradze bildirib.
“İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, 60 yaşdan yuxarı şəxslər üçün 200 larilik əlavənin daxil olduğu həvəsləndirmə proqramı yanvar ayında da davam etdiriləcək. Budur, daha bir yenilik. Yaş həddi 50 yaşa endiriləcək. İndiyədək 60 yaşdan yuxarı şəxslər həvəsləndirici alırdısa, yanvar ayından peyvənd olunduğu halda 50 yaşdan yuxarı şəxslərə də əlavə veriləcək.
Bu, Koordinasiya Şurasının qəbul etdiyi qərardır. Büdcədən kifayət qədər pul ayrılıb ki, bu da yaşı 50-dən yuxarı olan bütün insanlar üçün kifayət edəcək və 200 lari stimul alacaq”, – Giorgi Ghibradze bildirib.