Petro Poroşenko Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibəti ilə təbirk edir
Ukrayna prezidenti, Petro Poroşenko Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibəti ilə təbirk edir.
Salome Zurabişviliyə göndərdiyi təbrik məktubunda Petro Poroşenko iki ölkənin dost əlaqələri, ümumi çağırışlar və gələcək perspektivlər barəsində danışır.
“Ukrayna xalqı və şəxsən öz adımdan səmimi qəlbdən sizin Gürcüstan prezidenti vəzifəsinə təyin edilməsini təbrik edirəm.
Gürcüstan və Ukraynanı yalnız uzun müddətli dost əlaqələr, strateji partnyorluq, dərin hörmət deyil, həmçinin Rusiya aqressiyası ilə bağlı ümumi çağırışlar və təhlükələr əlaqələndirir.
Biz Gürcüstan tərəfindən ölkəmizin dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyini qiymətləndiririk. Öz növbəsində Ukrayna Gürcüstanın ərazi bütövlyünün bərpasını müdafiə edəcək.
Əminəm ki, Gürcüstan-Ukrayna əlaqələri gələcəkdə də inkişaf edəcək.
Sizə, bu cür məsuliyyətli işinizdə uğurlar, gürcü xalqına isə, – sülh, firəvanlıq arzulayıram”, – Poroşenkonun məktubunda deyilir.