Petro Poroşenko - Saakaşvilinin Polşaya readmissiyası qanunun aliliyi baxımından qüsursuz həyata keçirildi
“Mixail Saakaşvilinin Polşaya readmissiyası Ukrayna və Beynəlxalq qanunvericiliyi və qanunun aliliyi baxımından qüsursuz həyata keçirildi”, – bu bəyanatı Ukrayna prezidenti 2018-ci ilin planları ilə bağlı keçirdiyi mətbuat konfransında verdi.
Gürcüstanın saiq prezidenyti barədə sualı BBC-nin Ukrayna xidmətinin bürosunun jurnalisti verdi.
“Mixail Saakaşvilinin pasportunu əlindən mən almadım, amma ona Ukrayna vətəndaşlığını mən vermişdim. O zamanlar mən də bir çox insan kimi, onun Ukraynaya gətirəcəyi müsbət təcrübələrinə-ümidlə baxırdım və ona bir çox imkan yaratdım” – dedi Ukraynanın prezidenti.
“Saakşviliyə verilən imkanlar başqa kimsəyə verilməmişdi, ancaq bunun nəticələrini hər birimiz gördük” – dedi Poroşenko.
Petro Poroşenkonun dediyinə görə, o düşünmür ki, Saakaşvili əldə etdiyi nəticə ilə razı və xoşbəxtdir, ancaq bu artıq Gürcüstanın sabiq prezidentinin problemidir.