Petro Poroşenko NATO sammiti çərçivəsində ABŞ prezidenti ilə görüşdüyünü təsdiqləyir
Ukrayna prezidenti Petro Poroşenko təsdiq edir ki, NATO sammiti çərçivəsində Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ilə görüşdü və söhbət etdi.
“Prezident Tramp ilə Helsinkidə planlaşdırılmış səfər barəsində söhbət etdim. “Şimal Axını 2″ layihəsini müzakirə etdik”, – Ukrayna prezidenti bəyan etdi.
Poroşenkonun dediyinə görə, Amerika Birləşmiş Ştatları prezidenti ilə Ukrayna islahatlarını da müzakirə etdi.