Ukrayna prezidenti Petro Poroşenko amerikalı rejissor Devid Linç ilə görüşdü. Linç Kiyevdədir və burada onun xeyriyyəçilik mərkəzinin filialının açılışında iştirak edəcək.
Devid Linç və Petro Poroşenkonu əks etdirən fotoları Ukrayna prezidenti “Feysbuk” sosial şəbəkəsində yerləşdirdi.
“Əsanəvi amerikalı rejissor, Devid Linç ilə görüşdüm. O, Ukraynaya xeyriyyəçilik mərkəzinin filialının açılışına gəlib. Linçin Fondu veteran hərbiçilərə, məcburi köçkünlərə yardım edəcək. Görüş zamanı fondun açılışına görə ona minnətdarlığımı bildirdim. Fond önəmlidir və rəmzi missiyası var”,- prezident yazır.