Petre Tsiskarişvili - qapımız özünü "Milli Hərəkat"ın üzvü hesab edən insanlara açıqdır, potensial müttəfiqdirlər, onlarla koordinasiya bizim üçün də sərfəlidir
Digər partiyalarla əməkdaşlıqdan, tərəfdaşlıqdan danışanda qapımız özünü “Milli Hərəkat”ın üzvü hesab edən, gecə-gündüz partiyanı söyməklə məşğul olmayan insanlara açıqdır, potensial müttəfiqdirlər- bu barədə “Milli Hərəkat”ın üzvü Petre Tsiskarişvili açıqlayıb.
O, belə insanlarla koordinasiyanın partiya üçün də sərfəli olduğunu bildirib.
“Onlarla koordinasiya bizim üçün də sərfəlidir. “Vahid Milli Hərəkat”a yenidən inteqrasiya olunmalı olduqlarını hesab etsələr bunu yalnız təqdirəlayiq addım olaraq görərik. Qələbə platformasına qoşulan insanların sayının artmasını müsbət qiymətləndiririk” – deyə Petre Tsiskarişvili açıqlayıb.
Bununla yanaşı, Tsiskarişvilinin jurnalistlərə açıqladığı üzrə partiyanın siyasi şurasının bugünkü iclasında Nika Melia və onun tərəfdarları ilə bağlı məsələ müzakirə olunmayıb.