Petre Ciskarişvili - Sıralarımızın daha da genişlənəcəyini istisna etmirəm
Petre Ciskarişvili - Sıralarımızın daha da genişlənəcəyini istisna etmirəm

İndiki mərhələdə “Avropa Gürcüstanı” da bizimlə koalisiyadadır, “Strategiya Ağmaşenebeli” də, amma gələcəkdə sıralarımızın daha da genişlənəcəyini istisna etmirəm. – Bu barədə “Birlik – Milli Hərəkat”ın baş katibi Petre Ciskarişvili bildirib.

Tsiskarişvilinin sözlərinə görə, “Birlik – Milli Hərəkat” seçkilərdə 5 nömrə ilə çıxış edəcək.

“Bu gün son tarixdir və 5 nömrəli “Birlik – Milli Hərəkat”ı təqdim edəcəyik Hazırkı mərhələdə bildiyiniz kimi, bizimlə “Avropa Gürcüstanı” da, “Strategiya Ağmaşenebeli” də, “Birlik – Milli Hərəkat”a qoşulan vətəndaş sektorundan olan dostlarımız da koalisiyadadır. Gələcəkdə sıralarımızın daha da genişlənəcəyini istisna etmirəm”, – deyə Petre Ciskarişvili bildirib.