Petras Austreviçus - aqressor Putin üçün Gürcüstan, Ukrayna və Moldovanın bizim gələcək üzvlərimiz olacağı mesajı aydın olmalıdır və nəzərə almalıdır ki, bu ölkələrlə münasibətdə kart-blanş olmayacaq
Aqressor Putin üçün Gürcüstan, Ukrayna və Moldovanın bizim gələcək üzvlərimiz olacağı mesajı həqiqətən çox aydın olmalıdır və nəzərə almalıdır ki, bu ölkələrlə münasibətdə kart-blanş olmayacaq-bu barədə avropalı parlamentari Petras Austreviçus Gürcüstanın Birinci Kanalına bildirib.
Aİ-dən üç assosiativ ölkəyə namizəd statusunun verilməsinin yaxşı siyasi mesaj olub-olmayacağı barədə ünvanlanan suala cavab olaraq, avropalı parlamentari bildirib ki, bu olduqca vacibdir , təkcə ona görə deyil ki, Gürcüstan, Ukrayna və Moldova assosiativ ölkələrdir və onlar üzvlük istiqamətində irəliləyirlər.
” Bu, sadədir, assosiativ sazişimizdə yazılıb, lakin hesab edirəm ki, biz indi siyasi həmrəylik emosiyasının nə qədər güclü olduğunu dərk etməliyik. Aqressor Putin üçün Gürcüstan, Ukrayna və Moldovanın bizim gələcək üzvlərimiz olacağı mesajı həqiqətən çox aydın olmalıdır və nəzərə almalıdır ki, bu ölkələrlə münasibətdə kart-blanş olmayacaq , nə vaxt istəsəsə apara, nə vaxt istəsə qorxuda və ya bu ölkələrə kiberhücumlar edə bilməyəcək. Bu küçədəki böyük, qəzəbli kişiyə ona toxunma, bu mənim dostumdur, əgər ona hücum etsən mənimlə qarşılaşmalı olacaqsan deməyə bənzəyir. Belə ki, bunun çox vacib olduğunu hesab edirəm” – deyə Petras Austreviçus bildirib.
Onun sözlərinə görə, üzvlüyə nə vaxt nail oluna biləcəyi və statusun nə vaxt təmin ediləcəyi ilə bağlı müzakirəyə qoşulmayacaq.
“Müzakirələr, aydındır ki müəyyən vaxt aparır, lakin mühüm olan qərara yenidən baxılmamasıdır və unutmamalıyıq ki, hər şey emosional qarşılıqlı anlaşma və bu ölkələrə yönəlik empatiyadan başlayır” -deyə Petra Austreviçus əlavə edib.