Petras Austrevichus - Saakaşvilinin başına nəsə gəlsə, bir çox qapı bağlanacaq, bu, heç də Avropa yolunun bu məsələdən keçəcəyi mənasına gəlmir, lakin bunu diqqətdən kənarda qoymayacağıq
Petras Austrevichus - Saakaşvilinin başına nəsə gəlsə, bir çox qapı bağlanacaq, bu, heç də Avropa yolunun bu məsələdən keçəcəyi mənasına gəlmir, lakin bunu diqqətdən kənarda qoymayacağıq

 

Avropa Parlamentində bugünkü müzakirələr Gürcüstanın Avropa gələcəyinə aid olacaq, bu səbəbdən çevik olmalı və bütün əsas məsələlər haqqında danışmalıyıq. Bir çox məsələlər var və biz diqqətimizi ən vaciblərinə yönəltməliyik -bu barədə Avropa Parlamentinin üzvü Petras Austrevichus açıqlayıb.

Avropalı parlamentari bildirib ki, debatlarda deoliqarxizasiya və sabiq prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı müzakirələr də aparılacaq.

“Bizim mesajımız çox aydındır, Mixeil Saakaşviliyə davranıldığı kimi bir insanın müalicə edilməsi qeyri-insani və qeyri-sivildir. Gürcüstan rəhbərliyi humanistlik nümayiş etdirməlidir. Mişa Saakaşvilinin başına nəsə gəlsə, inanın ki, bir çox qapılar bağlanacaq” – deyə avropalı parlamentari açıqlayıb.

“Bu, Gürcüstanın Avropa yolunun bu məsələdən keçməsi mənasına mı gəlir ?” sualına Petras Austrevichus cavabında bunun heç də o mənaya gəlmədiyini açıqlayır.

“Heç də belə, lakin bu, əlavə məsələdir və çox vacibdir, biz bunu nəzarətsiz qoymayacağıq” – deyə Austrevichus açıqlayıb.