Petr Pavel - Gürcü partnyorları ilə görüşdə alyans tərəfindən Gürcüstana yardım addımları müzakirə olunur
“NATO partnyorlara müraciət edir ki, gərəkən islahatları həyata keçirsinlər ki, onların hərbi imkanları təmin edilmiş olsun”.
Bu barədə bəyanatı bugün Brüsseldə Şimali Atlantika Alyansının hərbi komitəsinin 178-ci iclasının açılışında general Petr Pavel verdi.
Onun dediyinə görə, iki gün ərzində hərbi komitənin üzvləri alyansın modernizasiyası haqqında müzakirə aparacaqlar.
Petr Pavel bəyan etdi ki, sabah gürcü və ukraynalı partnyorlarla görüş keçiriləcək.
NATO-nun hərbi komitəsinin iclası yanvarın 16-17-də Brüsseldə keçirilir.