Peter Siyarto - Avropa İttifaqı Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəməsinə sevinməlidir, müharibə tərəfdarı siyasətçilər isə bunu qeyri-mümkün etmək istəyirlər, çünki Gürcüstanın vətənpərvər hökuməti var
Peter Siyarto - Avropa İttifaqı Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəməsinə sevinməlidir, müharibə tərəfdarı siyasətçilər isə bunu qeyri-mümkün etmək istəyirlər, çünki Gürcüstanın vətənpərvər hökuməti var

Avropa İttifaqı Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəməsinə sevinməlidir, müharibə tərəfdarı siyasətçilər isə bunu qeyri-mümkün etmək istəyirlər, çünki Gürcüstanın vətənpərvər hökuməti var, – bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə birgə mətbuat konfransında bildirib.

Peter Siyartonun dediyinə görə, Gürcüstanın öz millətinin maraqlarını qoruyan hökuməti var.

“Avropa İttifaqı Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinə görə tamamilə sevinməlidir və Brüssel Gürcüstanın mümkün qədər tez böyük Avropa ailəsinin üzvü olması üçün hər şeyi etməlidir. Gördüyümüz odur ki, müharibə tərəfdarı olan siyasətçilər və Brüssel bürokratları Gürcüstanın Avropaya uğurla inteqrasiyasını qeyri-mümkün etmək istəyirlər.

Belə vaxtlarda biz sual verməliyik ki, niyə belədir? Cavab budur ki, Gürcüstanın vətənpərvər hökuməti var, Gürcüstanın öz millətinin maraqlarını qoruyan hökuməti var. Gürcüstanın müqavimət göstərmək istəyən hökuməti var, həmçinin, xarici təsirədə müqavimət göstərmək istəyir və bunu kifayət qədər yaxşı edir. Onlar bunu qoruyan qanun da qəbul etdilər. Onların ənənəvi ailə modelini, ailələri qoruyan hökuməti var və onlar bu barədə qanun qəbul etdilər. Buna görə də Brüssel siyasi və maliyyə cəzası tətbiq etdi. Brüsseldə onların mahnılarına rəqs etmədikdə, kiminsə müharibəyə və gender təbliğatına qarşı çıxması onların xoşuna gəlmir.

Macarıstan nümunəsini sizinlə bölüşmək istəyirəm, bu təzyiqə baxmayaraq, biz milli maraqlar, sülh, ailələrimiz və işimiz üçün dayandıq, çünki bütün bunlardan əl çəksək, suverenliyimizi itirərdik. Suverenlik qorumalı olduğumuz bir şeydir. Belə ki, siz doğru istiqamətdəsiniz. Gələcəkdə Macarıstan prezidentliyi, Macarıstan və Macarıstan hökuməti xarici təzyiqlərə baxmayaraq, suverenliyinizi qoruyub saxlamaq, Avropa İttifaqına inteqrasiya və üzv olmaq prosesini sürətləndirmək üçün sizə lazım olan bütün dəstəyi verəcək”, – Peter Siyarto bildirib.