Peter Pişer - Almaniya Avropaya inteqrasiya məsələsində Gürcüstanla çox sıx işləyəcək
Peter Pişer - Almaniya Avropaya inteqrasiya məsələsində Gürcüstanla çox sıx işləyəcək

 

Almaniya Avropaya inteqrasiya məsələsində Gürcüstanla çox sıx işləyəcək-bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Pişer Almaniyanın Birləşməsi Günü ilə əlaqədar keçirilən tədbirdə açıqlayıb.

“Bu gün biz Almaniyanın Birləşməsi Gününü qeyd edirik və mən çox şadam ki, bu qədər gürcü dostlar buraya toplaşıblar. Almaniya Avropaya inteqrasiya məsələsində Gürcüstanla çox sıx işləyəcək. Bizim görməli olduğumuz işlər arasında siyasətdə çoxlu konkret layihələr, o cümlədən iqtisadiyyat, ətraf mühitin mühafizəsi, mədəniyyət və ən əsası gənclərin cəlb olunması ilə bağlı layihələr var. Bu, Avropaya gedən yoldur” – deyə Peter Pişer bildirib.

Avropa Komissiyasının 12 tövsiyəsinin icrası ilə bağlı suala gəlincə, Almaniya səfiri bildirib ki, irəliləyişi qiymətləndirmək hələ tezdir.

“Hökumət və parlamentin çox iddialı qanunvericilik gündəliyi var, lakin biz nəticələri görməliyik. Proses inklüziv, demokratik və plüralist olmalıdır, lakin ən əsası nəticə Aİ standartlarına uyğun olmalıdır” – deyə Peter Pişer bildirib.

Almaniyanın Müstəqillik Günü ilə əlaqədar bu gün Almaniyanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Gürcüstan hökumətinin üzvləri, siyasətçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəbul keçirilib.